Daimi ağız qoxusu əksər hallarda ağız boşluğundan qaynaqlanır. Qoxunu bakteriyaların əmələ gətirdiyi uçucu kükürd birləşmələri verir. Saqqız və spreylər onu qısa müddətə örtür, amma səbəbi aradan qaldırmır.
Əsas səbəblər
- Dilin arxa hissəsindəki ərp
- Diş daşı, diş əti iltihabı və periodontal ceplər
- Çürük dişlər, köhnə plomb və qapaqların altı
- Ağız quruluğu: az su içmək, bəzi dərmanlar, ağızla nəfəs almaq
- Ağıl dişi ətrafında yığılan qida qalıqları
- Badamcıqlar, sinusit, mədə problemləri (daha nadir)
Nə etmək lazımdır
- Gündə iki dəfə fırçalama və diş ipi
- Dili qaşıyıcı ilə təmizləmək
- Bol su içmək
- Professional təmizləmə və çürüklərin müalicəsi
- Ağızda səbəb tapılmazsa, LOR həkimi və ya qastroenteroloq müayinəsi
Tez-tez verilən suallar
Ağız yaxalayıcıları kömək edirmi?
Qısa müddətə. Spirtsiz antiseptik yaxalayıcılar köməkçi vasitədir, amma səbəb aradan qalxmayınca qoxu qayıdır.
Səhər qoxusu normaldırmı?
Bəli. Gecə tüpürcək azalır və bakteriyalar çoxalır. Səhər fırçalamadan sonra keçən qoxu normaldır.
Bu məlumat maarifləndirmə xarakteri daşıyır və müayinəni əvəz etmir. Dəqiq diaqnoz və müalicə planı həkim müayinəsindən sonra müəyyən edilir.